Açığı, Samir Ələkbərov haqda yazını indi yazmağı planlaşdırmırdım.Tanınmış futbolçumuzun oktyabrın 8-də ad günüdür və həmin vaxt 47 yaşı tamam olacaq səbəbkarı “ulduz yazısı” ilə təbrik etməyi düşünürdüm. Ancaq son günlərdə mətbuatda Samir haqda yazılar fikrimi dəyişdirdi. Dəyərli həmkarımız Aydin Bağırovla başlayan yazılar silsiləsi digər həmkarlarım Elçin Cəlilov, Elgiz Abbasov və Anar Şabanoğlu ilə davam etdirildi. Bundan ilhamlanan bəndəniz də Ələkbərovun keçmişi və indiki durumu haqda düşüncələrini qələmə almağı özünə borc bildi.
Bu, həmin Samir Ələkbərovdur ki...
Bəli, Azərbaycan futbolunun yetirməsi Samir Ələkbərov artıq 5 ildir milli çempionatımızdan kənarda qalıb. Həmin çempionatdan ki, başladığı dövrdən – 1992-ci ildən onun iştirakçısı olub. Hələ SSRİ dövründə “Neftçi”də parlamağa başlayan Samir müstəqil çempionatımızda da bu komandada öz sözünü deyib. Buna sübut kimi 1993-cü ildə milli çempionatımızın bombardiri olmasını göstərə bilərik.
Ümumiyyətlə, 90-ci illərin ilk yarısı Ələkbərov üçün çox uğurlu oldu. Təsadüfi deyil ki, o,” ağ-qara” formada çempionluq, kubok qazandı, 3 il (1991, 1992, 1993) dalbadal Azərbaycanın ən yaxşı futbolçusu seçildi. Ancaq 1997-ci ildə qazanılan həmin son çempionluqla Samirin uğurları bitdi və karyerasında “qara zolaq” başladı. AFFA-nın sabiq prezidenti Fuad Musayevlə münaqişə nəticəsində “Neftçi” 2 yerə parçalandı, Ələkbərov isə 2 illik diskvalifikasiya olundu. Nəticədə böyük zərbə alan futbolçu özünə gələ bilmədi. Samir karyerasının böyük hissəsini keçirdiyi “Neftçi”ni müdafiə etmək üçün sinəsini qabağa verdi, zərbə almaqdan çəkinmədi. Həmin cəza Samiri o qədər geri saldı ki, futbola qayıdanda meydanda elə bil o özü deyildi, kölgəsi idi. Futbolçu kimi son klubu “Xəzər Universiteti”ndə çıxışını izlədiyim zaman buna üzülərək canlı şahid olmuşdum.
Bu, həmin Samir Ələkbərovdur ki, peşəkar futbolda ilk addımlarını Xankəndinin “Qarabağ” klubunda, ermənilərin içində atmalı olub. Müstəqillik dövründə legioner həyatı yaşayan ilk futbolçularımızdan olan Ələkbərov İsrailin yüksək liqasında Petax-Tikvanın “Makkabi” klubunda (1994/95 mövsümü) oynayıb. Həmin vaxt isə xarici klubun diqqətini çəkmək, ona transfer olunmaq heç də asan məsələ deyildi.
Bu, həmin Ələkbərovdur ki, milli komandamızın heyətində 1 oyunda 6 qol vurub. Düzdür, 1994-cü ilin avqustun 24-də İsveçrədə keçirilən həmin yoldaşlıq görüşü klubla – yerli “Vintertur”la olub. İstənilən halda, millimizin ən böyük hesablı qələbəsi olan 12:0-da Ələkbərov qollarımızın yarısının müəllifi olub.
Nəhayət, bu, həmin Samir Ələkbərovdur ki, milli çempionatımıza rəng qatan prinsipial rəqiblərin - “Böyük oyun”un iştirakçıları “Neftçi” və “Xəzər Lənkəran”ın hər ikisində məşqçi kimi çempion, habelə “Birlik kuboku”nun qalibi olub. Buna baş məşqçi Ağasəlim Mircavadovun köməkçisi kimi nail olan Ələkbərov Kazbek Tuayevlə İqor Ponomaryovun yanında da təcrübə qazanıb. Samirin futbolçu səviyyəsini, təcrübəsini nəzərə alsaq, o, özü artıq baş məşqçi kimi çalışmalıdır. Düzdür, bu, son iş yerlərindən olan “Xəzər Lənkəran”da gerçəkləşsə də, əvəzedici komandaya təsadüf edib. Ələkbərov isə Premyer Liqada çalışmağa layiqdir. Hərçənd, son vaxtlar I liqada (“Şuşa”da), hətta həvəskar klubda (“Tərəqqi”də) işləyib.
Hücumçularla işləyən məşqçi olmağa ən yaxşı namizəd
Samirdə hücumçuya xas demək olar bütün keyfiyyətlər vardı - texnika, sürət, cəldlik, bombardirlik və sair. O, reydləri, rəqibləri aldatmağı ilə seçilir, oyunu öz üzərinə götürə bilən, cərimə meydanında müdafiəçilər üçün arzuolunmaz hücumçu idi. Ələkbərov indiki azərbaycanlı hücumçular üçün nümunə olmalı hücumçudur. Çünki bizdə məhz belə fərdi keyfiyyətləri ilə seçilən forvardlar çatışmır.
Hücumçu yarımmüdafiəçilərdən asılı olmamalı, rəqibləri aldatmağı, özü özünə qol vəziyyəti yaratmağı bacarmalıdır. Necə ki Samir bunu edirdi, avrokuboklarda ilk qələbəmiz olan 1996-cı ildə Sofiya “Lokomotiv”inə Respublka stadionunda 2:1 hesabı ilə məğlub etdiyimiz matçda “Neftçi”nin heyətində uğurda böyük pay sahibi oldu. Fikrimcə, Ələkbərov sırf hücumçularla işləyən məşqçi olmağa ən yaxşı namizəddir. Gənc həmkarları bu planda ondan çox faydalana bilərlər.
Hətta milli komandalarda qapıçılarla işləyən məşqçilər var, niyə də hücumçularla da çalışan olmasın? Hər halda, hücumçuların az fərqlənməsi, qol vəziyyətlərini qaçırmaq artıq uzun müddətdir ağrılı yerimizdir.
Bəli, yazımın qəhrəmanı xeyli vaxtdır kölgədə, peşəkar futboldan demək olar kənarda qalıb. O, meydanda hücumçu olsa da, meydandan kənarda iş, vəzifə dalınca qapılara hücum edən birisi deyil. Belə bir deyim var, pis günün ömrü az olar. İnanıram ki, Samirlə bağlı növbəti yazımda – ad günündə durumu tam fərqli olacaq. O zaman Ələkbərovun böyük futbola qayıdışından sonra vəziyyətinə nəzər salacağam.
Mehman SÜLEYMANOV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi