Yapon nəhəngləri Babək prospektində (R)

Yapon nəhəngləri  Babək prospektində (R)
XƏBƏR 5 Fevral 2015 / 10:30 3897
-  A +

Babək prospektinin avtomobil dilerləri cərgəsinə ağırçəkili bir üzv qatılıb: Yapon nəhəngləri! Mitsubishi, Honda, Mazda və Subaru avtomobillərinin təqdim olunduğu ikimərtəbəli geniş salon yapon avtomobilinə üstünlük verənlərin maşın almaq üçün axtarış yolunu qısaldıb.
 
 
Rəsmi dilerin təqdim etdiyi Mitsubishi markasının bu sırada daha əvvəl də salonu olsa da, Babək prospekti, 44A ünvanında açılmış yeni salon öz konsepsiya və rahatlığı ilə fərqlənir.
 
Satış, servis və ehtiyat hissələrinin təqdimatını özündə cəmləyən salon 2 mərtəbəli geniş sahəni əhatə edir. Yapon avtomobil həvəskarları buradan istədikləri modeli seçə, avtomobil sahibləri isə yüksək servis və orjinal ehtiyat hissələrindən faydalana bilərlər.
 
Hazırda salonda Mitsubishi-nin yeni modelləri - yenilənmiş Mitsubishi Pajero və Mitsubishi Outlander modelləri ilə bərabər, Mazda-nın ən populyar modeli olan Mazda 3, həmçinin  CX-5, CX-9 modelləri, eləcə də  Subaru-nun XV və Forester, Honda-nın City, Accord və CR-V modelləri təqdim edilir.
 
Dilerdən avtomobil həvəskarlarına çox sərfəli kredit təklifləri də var: salonda olan bütün yapon brendlərini faiz dərəcəsi illik 7% olmaqla, 3 illik kreditlə əldə etmək mümkündür. Bu zaman ilkin ödənişin minimum məbləği 50% olmalıdır. Nağd alanları isə salonda daha cazibəli xüsusi təkliflər gözləyir.
 
Qeyd edək ki, Yapon nəhənglərinin rəsmi dilerləri Lənkəran, Goranboy və Gəncədə fəaliyyət göstərir.
 
Yapon nəhənglərinin yeni ünvanı ilə əlaqə saxlamaq istəyənlər bu nömrələrə zəng edə bilərlər: (012) 555 61 61; (050) 545 61 61










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər