Şotlandiyanın “Daily Record” qəzeti Bakıda keçiriləcək Avropa Oyunları haqqında yazıb.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, məqalədə “Glasgow-2014” oyunlarının təşkilat komitəsində çalışmış, hazırda isə “Bakı-2015” Avropa Oyunlarının beynəlxalq yayım xidmətinin meneceri xanım Hizer Neilin paytaxtımızda keçiriləcək möhtəşəm idman tədbiri haqqında fikirlərinə yer verilib. O qeyd edib ki, oyunlar möhtəşəm olacaq və Bakıda yaşayan hər bir kəsdə bu oyunların həyəcanını duymaq mümkündür. Paytaxtımız haqqında təəssüratlarını bölüşən menecer Bakı sakinlərinin qonaqpərvər, şəhərin isə çox gözəl olduğunu diqqətə çatdırıb.
Yazıda həmçinin Avropa Oyunları haqqında məlumat verilib. Oyunlarda təmsil olunacaq idman növləri, iştirakçı ölkələr və digər təşkilati məsələlərdən bəhs edilib.
Məqalənin sonunda “Glasgow-2014”ün baş icraçı direktoru David Qrevemberqin sözlərinə istinadən “Bakı-2015 Avropa Oyunları”nın dünyanın növbəti möhtəşəm idman tədbiri olacağı diqqətə çatdırılıb.
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi