Noyabrın 21-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Fransa Güləş Federasiyasının birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, mətbuat konfransının əvvəlində Azərbaycanda idmanın inkişafından və Avropa Oyunlarına hazırlıqdan bəhs edən sənədli film nümayiş etdirilib.
Fransa kütləvi informasiya vasitələri nümayəndələrinin, Güləş Federasiyasının təmsilçilərinin və səfirliyin əməkdaşlarının, bir qrup idmançının iştirak etdiyi konfrans 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşviqinə həsr edilən silsilə tədbirlərin davamı olaraq həyata keçirilib.
Son illər Azərbaycanda idmanın inkişaf etdiyini, ölkəmizdə beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının keçirildiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarını tarixi hadisə kimi dəyərləndirib və idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyini bildirib.
Sağlam nəslin yetişməsi üçün ölkəmizdə idmana xüsusi qayğı göstərildiyini vurğulayan diplomat perspektivli gənclərin idmana daha çox cəlb edilməsi üçün ölkəmizin müxtəlif regionlarında 40-dan artıq olimpiya idman kompleksinin tikilib istifadəyə verildiyini xatırladıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini diqqətə çatdıran E.Əmirbəyov bu oyunların keçirilməsi üçün hər cür şərait yaradıldığını qeyd edib.
Səfir üzgüçülük, boks, atletika, voleybol, velosiped, badminton, güləş və s. daxil olmaqla idmanın 20 növünü əhatə edəcək Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini, Fransanın isə 350 idmançı ilə təmsil olunacağını bildirib.
Azərbaycanın idman tarixində güləşin xüsusi yeri olduğunu xatırladan səfir idmanın bu növünün ölkəmizdə geniş yayılmasından, dünya və Avropa çempionlarında güləşçilərimizin uğurla çıxış etmələrindən, onlarla azərbaycanlı güləş ustasının dünyanın və Avropanın yüksək titullarını qazanmasından söhbət açıb.
Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolom Fransada idmanın güləş növünün inkişafından və bu sahədə adlı-sanlı idmançıların yetişməsindən bəhs edib, cari ilin mayında Azərbaycan Güləş Federasiyası ilə razılıq sənədinin imzalanmasının iki ölkə arasında idman sahəsində inkişaf edən əməkdaşlığa töhfə olduğunu vurğulayıb.
Federasiyanın milli texniki direktoru Mişel Lafon dekabrın əvvəlində Fransa və Azərbaycan güləşçiləri arasında keçiriləcək yarışda iştirak edəcək idmançıların hər biri barədə məlumat verib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi