"Bakı-2015" Avropa Oyunlarının təqdimat mərasiminin İstanbul şəhərində keçirilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İstanbulun Çırağan Sarayında baş tutacaq təqdimat mərasimində "Bakı-2015" Avropa oyunlarına hazırlıq haqqında film nümayiş olunacaq, yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları barədə məlumatlar veriləcək.
Ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hal-hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş "Olimpiya kəndi"nin hazırlığı itiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.
Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bir il sonra, Rioda gerçəkləşəcək Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq. Nazir eyni zamanda, Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış Olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bu günə qədər iştirak etdiyi olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqqında məlumatları qonaqlarla bölüşəcək.
Azad Rəhimov öz çıxışında Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, qısa müddət bundan öncə bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə şəhərimizdə keçirildiyini, növbəti, 2016-cı ildə ölkəmizdə "Formula 1 Grand Prix" yarışının, şahmat üzrə dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi