Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri Taylandın Banqkok şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XIX Baş Assambleyasında ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar əldə edilmiş irəliləyişlər haqqında məlumat veriblər.
Qol.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, 7-8 noyabr tarixlərində keçirilən tədbirə MOKA ev sahibliyi edib və buraya dünyanın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan 204 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri cəlb olunub.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə və sözügedən komitənin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül xanım Nurullayeva tədbirdə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq və onun komandası ilə birlikdə iştirak ediblər.
MOKA Baş Assambleyasında çıxış edən xanım Nurullayeva deyib: “Gələn il biz Bakıda keçiriləcək və Azərbaycanın idman tarixində bu günə qədərki ən qürurverici an olan ilk Avropa Oyunlarına şahidlik edəcəyik.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində fəaliyyət göstərən hər kəsin və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsində çalışan dostlarımızın zəhmətkeşliyi sayəsində biz gələn il dünyanı Azərbaycanda salamlamağa hazır olacağıq. Bu, Avropa idmanının şərəfli tarixində yeni səhifə açacaq bayram olacaq.”
Cənab Kleq və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin komandası Avropanın Milli Olimpiya Komitələrinin Prezidentlərinə və Baş Katiblərinə Avropa Oyunlarının Avropada və dünyada yayımı haqqında imzalanmış sazişləri ilə bağlı yenilikləri çatdırıblar.
Onlar həmçinin idman proqramı ilə əlaqədar son irəliləyişlər və "Bakı-2015"in uğurla həyata keçirdiyi ilk üç sınaq yarışı haqqında da ətraflı məlumat veriblər.
Cənab Kleq bildirib: “Bu vaxta qədər mühüm təcrübələr qazanmışıq və komandamız Avropanın bütün Milli Olimpiya Komitələrinə ən yaxşı xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən yaxşı təəssüratlar alması məqsədi ilə gələn ilin əvvəllərinə planlaşdırılan çoxsaylı sınaq yarışları ilə inkişaf etməyə davam edəcək.”
Baş ofisi İsveçrənin Lozanna şəhərində yerləşən MOKA 1979-cu ilin iyun ayında təsis edilib və məqsədi idmançıların və bütövlükdə Olimpiya Hərəkatının mənafeyi naminə dünyanın 204 Milli Olimpiya Komitəsini dəstəkləməkdir.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək "Bakı-2015" Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
"Bakı-2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq