Bu gün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Qatarın Doha şəhərində keçirilmiş Doha GOALS forumundakı “İdman kütlələr üçün” adlı debatda çıxış edib.
Komitədən Trend-ə verilən məlumata görə, kütləvi idman yarışlarının idman mədəniyyətinin qurulması və idmanın yeni sahələrdə yayılması üçün vasitə kimi təbliğinə yönəldilmiş debata üç qat tullanma üzrə Olimpiya çempionu və dünya rekordçusu Conatan Edvards rəhbərlik edib və orada idman dünyasının bir sıra mütəxəssisləri iştirak edib.
Bakı şəhəri gələn ilin 12-28 iyun tarixlərində birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya komitələrindən 6000-dən çox idmançı iştirak edəcək.
S.Kleq deyib: “Doha GOALS forumu birinci Avropa Oyunlarının, Bakı şəhərinin və Azərbaycanın dünyada təbliği baxımından bizim üçün çox gözəl imkandır. Azərbaycan müasir və böyük Avropada dinamik məkan kimi nüfuz qazanmağı səbirsizliklə gözləyir və biz Oyunların Azərbaycanın zəngin tarixinə öz töhfəsini verməsini istəyirik”.
3-5 noyabr tarixlərində keçiriləcək forum idmanın bütün dünyadakı sosial və iqtisadi dəyişikliklər üçün təkanverici qüvvə rolunu oynayır və bu rolun təşviqi məqsədilə nəzərdə tutulan bir təşəbbüsdür.
S.Kleq əlavə edib: “Gördüyümüz işin mühüm hissəsini təcrübəli beynəlxalq komandamızın azərbaycanlı işçi heyəti ilə yanaşı işlədiyi və öz təcrübəsini bölüşdüyü vaxtda qurulmaqda olan insan mirasını yaratmaq təşkil edir. Heç şübhə etmirəm ki, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsində bilik və bacarıqlarını təkmilləşdirməkdə olan işçi heyəti burada qazandıqları təcrübələrini gələcəkdə baş tutacaq və dünyanı valeh edəcək yarışların yüksək səviyyədə təşkili və idarə edilməsi üçün istifadə edəcək. Bütün qitəni idman bayramında bir araya gətirəcək "Bakı-2015" Avropa Oyunları təkcə Azərbaycan tarixinə əlamətdar an kimi daxil olmayacaq, eyni zamanda, Avropa idmanının şərəfli tarixində yeni fəsil açacaq”.
Doha GOALS – Bütün Liderlərin İdmanda Toplanması – platforması 2012-ci ilin yanvar ayında Qatar Əmiri Şeyx Tamim bin Hamad Əl Taninin himayəsi altında yaradılıb. Forumun builki gündəliyinə daxil edilmiş digər mövzular arasında idmanda irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizə, qlobal idman etikası və qadınların idmanda iştirakı ilə bağlı baxışların dəyişdirilməsi də yer alır.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi