Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç yerli mətbuata müsahibəsində Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a uduzduqları oyunu (0:1) bir daha xatırlayıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli hücumçu "Qarabağ"ın qrupdakı digər rəqiblərindən zəif olmadığını deyib:
"Düşünə bilərsiniz ki, "Qarabağ" "Sent Etyen" və "İnter"dən güclü deyil. Ancaq mənim fikrimcə, "Qarabağ" digər rəqiblərimizdən heç bir cəhətdən geri qalmır. Bu komanda çox düzgün taktika ilə oynayır. Heyətində olan bir çox futbolçu milli komandada çıxış edir. "Qarabağ"ın "Sent Etyen"lə oyununu dəfələrlə izləmişdik. Həmin görüşdə rəqibə nisbətən daha çox qol imkanları yaratdılar. Bilirdik ki, "Qarabağ" adi komanda deyil. Bizimlə oyuna gəldikdə isə hesab açılana qədər bərabər səviyyəli mübarizə gedirdi. "Qarabağ" qol vurduqdan sonra isə müdafiəyə çəkildi və boş zonaları bağladı. Belə şəkildə müdafiə olunan komandaya qol vurmaq çox çətindir.
Kaliniç Avroliqada ev oyunlarının Dneprpetrovskidə yox, Kiyevdə keçirilməsinə qarşı olduğunu bildirib: "Çox təəssüf ki, ev oyunlarımızı doğma meydanda keçirə bilmirik. "Qarabağ"la oyunda stadiona təxminən 2 min azarkeş gəlmişdi. Onların yarısı isə "Qarabağ" tərəfdarı idi. Dneprpetrovskidə daha güclü azarkeş dəstəyi görürdük və yaxşı nəticələr qazanırıq".
"Sent Etyen" klubunu Ukrayna "Metallurq"u ilə müqayisə edən xorvatiyalı hücumçu "Qarabağ"ın heç bir Ukrayna klubuna bənzəmədiyini qeyd edib: "Onu deyə bilərəm ki, "Qarabağ" çox səviyyəli komandadır. Buna əmin ola bilərsiniz".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi