Azərbaycan Premyer Liqasının dünən oynanılan “İnter” – “Qarabağ” matçından sonra Kaxaber Sxadadzenin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.
Qol.Az-ın xəbərinə görə, buna “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun gürcüstanlı mütəxəssisə ünvanlanan sualı tərcümə etmək istəməməsi səbəb olub. O bildirib ki, bu sual bundan öncə verilən suala bənzədiyi üçün tərcümə etməyə gərək yoxdur.
Qeyd edək ki, jurnalistlər “İnter”in “Qarabağ” və “Neftçi”yə qol vura bilməməsi ilə maraqlanıblar. Suallar təxminən bu cür olub: həmin komandaların qapısına qol vura bilməmək “İnter”in zəifliyidi, yoxsa “Qarabağ” və “Neftçi”nin “İnter”dən güclü olması? Bu zaman Sxadadze qısaca olaraq deyib: “Nə olsun, “Qarabağ” və “Neftçi” də bizə qol vura bilməyib?! Belə çıxır, onlar zəifdi”?
Eyni məzmunlu növbəti sual isə Sxadadzeni hirsləndirib. O əsəbi şəkildə qeyd edib ki, onun rəhbərlik etdiyi “İnter” Azərbaycanda bütün komandalardan güclüdür.
Üçüncü bənzər sualı isə mətbuat xidmətinin rəhbəri tərcümə etməyib. Bu zaman “İnter” klubunun mühafizə xidmətinin əməkdaşı sual verən jurnalistin işinə müdaxilə etmək istəyib. Amma jurnalistin etirazından sonra o, mətbuat konfransının keçirildiyi zalı tərk edib.
Daha sonra Sxadadze ilə üçüncü sualı verən jurnalist arasında mübahisə yaranıb. Gürcüstanlı mütəxəssis həmin mətbuat işçisini “təxribatçı” adlandırıb.
Qeyd edək ki, komanda.az saytı məsələ ilə bağlı Sxadadze və klubun mətbuat xidmətinin rəhbərini tənqid edən yazı dərc edib. Yazıda jurnalistin işinə müdaxilənin yolverilməz olduğu bildirilib.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi