2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkü dekabrın 3-də İsveçrənin Nyon şəhərində atılacaq. Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakı vaxtı ilə saat 12:00-da başlanacaq mərasimdə 52 ölkə yığması 2 səbətə bölünəcək.
Hər bir səbətdən 2 komanda götürülməklə, tərkibi 4 millidən ibarət 13 qrup formalaşdırılacaq. Qrupların ev sahibləri püşk yolu ilə seçiləcək. Bütün komandalar əvvəlcə 2015-ci ilin payızından elit-raunda 31 vəsiqə uğrunda yarışacaqlar. Hər qrupdan ilk 2 yerin sahibi və 3-cü yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 5 komanda elit-raunda yüksələcək. Onlara son qalib qismində Almaniya da qoşulacaq. Bu mərhələnin qarşılaşmaları isə 2016-cı ilin yazında baş tutacaq.
Səbətlərin tərkibi:
A səbəti: İngiltərə, Hollandiya, Portuqaliya, Polşa, Fransa, Serbiya, Rusiya, İsveçrə, Italiya, İspaniya, Çexiya, Şotlandiya, Gürcüstan, İsveç, Macarıstan, Ukrayna, Belçika, İslandiya, Avstriya, Türkiyə, Xorvatiya, Danimarka, İrlandiya, Norveç, Belarus, Bosniya və Herseqovina
B səbəti: Yunanıstan, Bolqarıstan, İsrail, Slovakiya, Albaniya, Sloveniya, Şimali İrlandiya, Rumıniya, Latviya, Makedoniya, Estoniya, Finlandiya, Uels, Litva, Ermənistan, Lüksemburq, Kipr, Farer adaları, Moldova, Çernoqoriya, Qazaxıstan, Malta, Andorra, San Marino, Lixtenşteyn, Cəbəllüttariq
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna, eləcə də İspaniya ilə Cəbəllüttariq eyni qrupa düşə bilməzlər.
Elit-raundun qarşılaşmaları Bolqarıstanda təşkil olunacaq. 32 komanda arasındakı mübarizə nəticəsində 15 ən güclü ölkə yığması Azərbaycanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi