UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.
Avropa Liqasının qrup mərhələsində səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gələn “Qarabağ” klubu reytinqdə 37 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 9.400 xalla 164-cü pillədə qərarlaşıb.
Son Azərbaycan kubokunun qalibi “Neftçi” klubu isə geriləyərək 8.900 xalla 175-ci olub.
Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:
164. “Qarabağ” (+37)
175. “Neftçi” (-1)
271. “İnter” (+2)
299. “Xəzər Lənkəran” (+1)
340. “Bakı” (+7)
363. “Qəbələ” (+8)
365. AZAL (+7)
Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.
Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Dnepr" üzərindəki qələbəsindən sonra xalını 12.000-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar