Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan kubokunun 1/16 final mərhələsində və Premyer Liqanın 9-cu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan kubokunun 1/16 final mərhələsinin MOİK – “Lokomotiv” matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Qaradağ Lökbatan” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının IX turunun AZAL – “Bakı” matçının 77-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub
Azərbaycan Premyer Liqasının IX turunun “Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “İnter” matçının 61-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar