"Heç kim inanmazdı ki, "Dnepr" ev oyununda "Qarabağ"a uduzacaq. Əlbəttə ki, bu məğlubiyyət gözlənilməz oldu".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr" klubunun futbolçusu Valeri Fedorçuk deyib.
Hazırda "Volın"da icarə əsasında çıxış edən yarımmüdafiəçi komandasının Bakıda "Qarabağ"a qalib gələcəyinə inandığını bildirib: "İlk görüşdə "Dnepr"in xeyli qol imkanları oldu. Bu şanslardan istifadə etmək lazım idi. Çox təəssüf ki, "Dnepr" qrup mərhələsində keçirdiyi üç oyunda bir qol belə vurmayıb. Ancaq hələ gec deyil.
Komandamız bu pis vəziyyətdən çıxa bilər. "Dnepr"in Bakıda "Qarabağ"a qalib gələcəyinə şübhə etmirəm. İlk dəqiqələrdən rəqib qapısına yol tapmaq lazımdır. Belə olsa, qolların ardı gələcək. Düşünürəm ki, "Qarabağ"la səfər oyunu qrupdan çıxmaq baxımından həlledici olacaq. "Dnepr" ilk oyunda "Qarabağ"a uduzması rəqibin daha güclü olması demək deyil. Sadəcə, "Qarabağ" çox istəkli idi. Çünki onlar ilk dəfədir ki, qrup mərhələsində mübarizə aparırlar və buna görə onlarda motivasiya daha yüksəkdir".
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar