Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində III turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, milli komandamız qrupun son görüşündə Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
İki oyundan sonra aktivində 3 xal olan komandamız növbəti mərhələyə yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Belçikanın Eisden şəhərindəki "Patro Eisden" stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında daha dəqiq oynayan Bosniya və Hersoqovina yığması növbəti mərhələyə yüksəlib. Qrupun digər matçında Belçika İsveçrə ilə üz-üzə gəlib. Bu görüş Belçika millisinin qələbəsi ilə başa çatıb - 1:0. Beləliklə, Belçika yığması qrupda birinci, Bosniya və Hersoqovina isə ikinci pilləni tutub.
Yığmamız ilkin seçmə mərhələdə ən yaxşı göstəriciyə malik üçüncü yeri tutmuş komandalardan biri kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ilk oyunda Belçikaya 0:3 hesabı ilə uduzan yığmamız ikinci matçında İsveçrəyə qalib gəlib - 2:1.
28 oktyabr
İsveçrə - Belçika - 1:0
Qol: Quillemenot, 40 (1:0)
Bosniya və Herseqovina – Azərbaycan - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: Denis Zeriç, 11 (1:0), Oruc İsmayılov, 26 (1:1)
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar