"Qarabağ"ın qələbəsinə təəccüblənmədim" - Kristof Qaltye

"Qarabağ"ın qələbəsinə təəccüblənmədim" - Kristof Qaltye
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2014 / 13:10 11502
-  A +

Fransanın “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye yerli mətbuata müsahibəsində Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Qarabağ”ın səfərdə “Dnepr”ə qalib gəlməsinə münasibət bildirib.

Qol.Az-ın  klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis “Qarabağ”ın qələbəsinə təəccüblənmədiyini deyib:

“İnter”lə oyunda artıq  “Qarabağ”ın gücünə tam bələd olduq. Buna görə də “Dnepr” üzrəində qələbə qazanmaqlarını normal qarşıladım. “Qarabağ” ikinci yer uğrunda mübarizədə əsas rəqibimizdir. Bu səbəbdən Aəzrbaycan klubu ilə oyunumuz həlledici sayıla bilər. Qrupdan çıxmaq istəyiriksə, ən azı qarşıdakı iki oyunda qələbə qazanmalıyıq. Yer aldığımız qrup gözlədiyimdən də çətin oldu”.

Qeyd edək ki, “Qarabağ” “Denpr” üzərində qələbədən sonra “Sent Etyen”i üstələyərək qrupda ikinci pilləyə yüksəlib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq