“Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq” – Mirbağır İsayev

“Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq” – Mirbağır İsayev
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2014 / 11:40 4946
-  A +

“Belçika yığmasına məğlubiyyətdən sonra qarşımızdakı ən vacib məsələ futbolçuları növbəti oyuna psixoloji baxımdan hazırlamaq idi. Nə qədər çətin olsa da, müəyyən mənada bunun öhdəsindən gəlməyi bacardıq”.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-17 millimizin baş məşqçisi Mirbağır İsayev Avropa Çempionatının seçmə mərhələsində İsveçrə üzərində qələbədən (2:1) sonra deyib.

Təcrübəli mütəxəssis oyunu belə şərh edib: “İsveçrə futbolda kifayət qədər inkişaf yolu keçmiş ölkədir və  istər əsas millisi, istərsə də müxtəlif yaş qruplarından ibarət komandaları vaxtaşırı dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edir. Sevinirik ki, belə bir ölkənin təmsilçisinə qalib gəlməyi bacardıq. Bu qələbədə zəhməti olan, bunu arzulayan, bizə dəstək verən hər bir kəsi təbrik edirik. Əlbəttə, qələbədə də, məğlubiyyətdə də bütün komanda üzvlərinin payı və məsuliyyəti olur, kimisə fərqləndirmək düzgün olmazdı. Bununla belə, qapıçımızın oyununu xüsusi qeyd etməliyəm. Ötən oyunla müqayisədə bu dəfə qapıçı mövqeyində dəyişiklik etdik və və bu əvəzləmə öz bəhrəsini verdi. Qapıçımız bu gün komandanı dəfələrlə çox çətin vəziyyətlərdə xilas etməyi bacardı. Turnir hələ yekunlaşmayıb və son oyunda da uğurlu nəticə əldə edərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq