Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Belə təsəvvür yaranır ki, "Dnepr"in futbolçuları Avropa Liqası ilə müqayisədə ölkə çempionatının oyunlarına daha çox motivasiya olurlar. Nəticələrə nəzər yetirdikdə də bunu görmək olar...
- Ölkə çempionatında futbolçular oyunlara daha çox motivasiya olurlar, Avropa Liqasında isə... Bu, komandanın hazırda öz stadionunda oynamaması ilə bağlı ola bilər. Belə böyük, ancaq boş stadionda oynayırıq. Əlbəttə, istərdim ki, komandamız oyuna elə çıxsın ki, bir nömrəli olsun. Ancaq "Qarabağ" qələbəni daha çox istədi.
- Komandanın Bakıda keçiriləcək oyundakı şanslarını necə dəyərləndirirsiniz?
- Bakıdakı oyuna qədər kubok və Kiyev "Dinamo"su ilə görüşlərimiz var. Bunlar bizim üçün çox vacib oyunlardır. Bakıya gedəndə görəcəyik.
- "Qarabağ" haqda nə deyə bilərsiniz? Onları hansı komanda ilə müqayisə edərdiniz?
- Oyun haqda danışmaq çətindir. "Qarabağ" yaxşı təşkilatlanmıış komandadır. Bu gün ən pis oyunumuzu keçirdiyimizi söyləyə bilərəm. Rəqib müdafiədə çox ağıllı oynadı və bizə nəsə etməyə imkan vermədilər. Lakin öz qol imkanlarından maksimum yararlandılar. Bu komandadan xoşum gəldi.
- Sizcə, rəqibi qiymətləndirməmək amili var idimi?
- Bəli, ola bilər. Hərçənd, oyundan öncə futbolçulara xəbərdarlıq etmişdim. "Qarabağ"ın yaxşı komanda olduğunu və "Sent-Etyen"lə görüşdə qələbə qazanmağa yaxın olduqlarını söyləmişdim.
- Komandada niyə vahid komanda oyunu yox idi?
- Bu barədə paltardəyişmə otağında futbolçularla söhbətim oldu. Bunun üzərində çalışmalıyıq.
- Oyun ərzində futbolçularınız "fair-play" qaydalarına əməl etmirdi. Bunu necə izah edərdiniz?
- Ciddi zədə olduğunda bu, dərhal görünür. Lakin əgər futbolçu yerə yıxılaraq referiyə baxırsa və hakim fitini səsləndirmirsə, oyun davam etdirilir. Son dəqiqələrdə "Qarabağ"ın futbolçuları da topu yan xətdən çıxarmadılar. Biz də çıxarmadıq. Məncə, oyunda idman mübarizəsi olmalıdır.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı