Kiyevdə bayram

Kiyevdə bayram
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2014 / 02:27 8855
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Ukraynanın “Dnepr” klubu üzərində qələbəsi paytaxt Kiyevdə olan azərbaycanlı azarkeşlər  tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qol.Az-ın Ukraynaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, oyunu "Olimpiyski" stdionunda 1000-ə yaxın azərbaycanlı azarkeş izləyib.  

Matçın final fitindən sonra əllərində Azərbaycan və “Qarabağ” bayrağı olan çoxlu sayda azarkeş paytaxt küçələrində Ağdam klubunun qələbəsini qeyd etməyə başlayıb. Həmyerlilərimiz eyni zamanda Kiyev küçələrində "Azərbaycan və Qarabağ" şüarları səsləndiriblər. 

Xatırladaq ki, “Qarabağ” səfərdə “Dnepr”i 1:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq