Ukrayna "Dnepr"inin baş məşqçisi Miron Markeviç "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının III tur matçı öncəsi jurnalistlər önünə çıxıb. Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, mətbuat konfransında Markeviç əksər suallara lakonik cavab verib...
- Miron Boqdanoviç, sabah hücumda kimə üstünlük verəcəksiniz: Seleznyova, yoxsa Kaliniçə?
- Sizə bütün heyətimi deməliyəm? Burada Azərbaycandan kimsə var?
- Xeyr, yalnız ukraynalılardır.
- Mən hələ kimi buraxacağımı bilmirəm. Seleznyov da son zamanlar qol vurub, Kaliniç də yaxşı formadadır. Hələ fikirləşəcəyik.
— Bəs Roman Zozulya?
- Baxarıq. Ola bilsin, "Volın"la kubok matçında meydana çıxdı.
— "Dnepr"in oyunçuları bildirirlər ki, "Qarabağ" keyfiyyətli rəqibdir. Bunu azərbaycanlıların "Sent Etyen"lə oyunu da göstərdi. Yəqin ki, komandanı öyrənmisiniz. Rəqibin güclü və zəif tərəflərini müəyyənləşdirmisiniz?
— Rəqib həqiqətən də "Sent Etyen"lə bərabər oynadı. Qol epizodları olsa da, yararlana bilmədilər. "Qarabağ" hücumda yaxşı oynayır, amma hər komandanın zəif tərəfləri var. Onlardan yararlanmağa çalışacağıq. Baxarıq, görək bu necə alınacaq.
- Mətbuat konfransında Yan Laştuvkanın iştirakı onun sabah qapıda duracağı anlamına gəlir?
- Hər şey mümkündür. Müəyyənləşdirərik. Bizim hələ bir məşqimiz də var.
— Boyko zədəli deyil?
— Xeyr.
— Belə bir fikir var ki, iki komanda arasındakı ardıcıl oyunlar növbəti mərhələyə kimin vəsiqə qazanacağını müəyyənləşdirir. Razısınız?
— Bəli, razıyam. Yaxın 2 oyun müəyyənedici olacaq.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı