Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Dnerp" - "Qarabağ" oyunu öncəsi ukraynalı FİFA agenti Maksim Karaqodin qarşıdakı görüşlə bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- Avropa Liqasının qrup mərhələsinin III turunda "Dnepr" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Oyunla bağlı təəssüratlarınızı öyrənək...
- Azərbaycan çempionatını hər zaman izləyirəm. "Qarabağ" yaxşı komandadır. Onların son 4 görüşdə qələbə qazandığını da bilirəm. Son Azərbaycan çempionu "Dnepr" üçün güclü rəqibdir. Bu səbəbdən bizi maraqlı oyunun gözlədiyini söyləmək olar.
- Şansları necə dəyərləndirirsiniz? Proqnoz verə bilərsiniz?
- Şanslar bərabərdir. Bu mənada matçın 1:1 hesabı ilə başa çatacağını düşünürəm.
- "Qarabağ"ın qrup mərhələsində daha öncə qarşılaşdığı "Sent-Etyen" və "İnter"lə oyunlarını izləmisiniz?
- Yalnız "İnter"lə görüşü izləmişdim. Təbii ki, "İnter" avrokuboklarda böyük təcrübəyə malikdir. Ancaq "Qarabağ" da pis oynamadı. Reynaldo qol imkanlarından yararlana bilsəydi, bəlkə də hesab başqa cür olardı.
- Azərbaycan təmsilçisinin qrupdan çıxmaq şansını necə görürsünüz?
- Turnir cədvəlinə nəzər yetirdikdə bütün komandaların qrupdan çıxmaq şansının olduğunu görərik. Məncə, "Qarabağ"ın 70 faiz qrupdan çıxmaq şansı var. "Dnepr"lə səfər matçında xal və ya xallar qazanarsa, o zaman Azərbaycan təmsilçisinin qrup səddini aşmaq şansı daha da artacaq. Çünki Bakıdakı oyun "Dnepr" üçün çox çətin olacaq.
- Ukraynada hərbi-siyasi vəziyyətin gərgin olması səbəbindən bu oyun Dneprpetrovskda deyil, paytaxt Kiyevdə keçiriləcək. Sizcə, bunun oyuna hansısa təsiri olacaqmı?
- Əlbəttə olacaq. Stadionun dəyişdirilməsi heç bir komanda üçün yaxşı deyil. Hər bir komanda rəqibini öz doğma şəhərində və stadionunda qəbul etmək istəyər. Lakin "Dnepr"in baş məşqçisi Miron Markeviç açıqlamasında Ukrayna çempionatının Avropa Liqasından daha vacib olduğunu bildirib. Üstəlik komandanın heyətlə bağlı da problemləri var.
- Özünüz də daha öncə Bakıda olmusunuz və "Qarabağ"ın oyunlarını izləmisiniz. Ümumi olaraq komanda haqda nə deyə bilərsiniz?
- Dediyim kimi, Azərbaycan çempionatını hər zaman diqqətdə saxlayıram. "Qarabağ"ın oyunlarını da izləmişəm. Həmin vaxt bu komandanın heyətində gənc futbolçu Qara Qarayevi bəyənmişdim. Düşünürəm ki, Azərbaycan çempionatı ildən-ilə daha da güclənir.
- Elə həmin vaxt Qara Qarayevi Ukraynanın "Metallist" klubuna təklif etdiniz...
- Bəli, bu iki il öncə baş verib. Onunla söhbətim oldu. Lakin Qara Qarayev "Qarabağ"da qalmağı üstün tutdu.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar