"Xəzər Lənkəran" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytına müsahibəsində "Bakı" ilə oyundan, millimizin son uğursuz çıxışlarından danışıb, Berti Foqtsun istefasına münasibət bildirib.
- Premyer Liqamızın son turunda "Bakı"ya 4:0 hesabı ilə qalib gəldiniz. Bu görüş haqda fikirlərini öyrənək...
- Son turlarda komandamız yaxşı oyun nümayiş etdirir. "Bakı" ilə görüşdə də məqsədimiz baxımlı oyun sayəsində qələbə qazanmaq idi. Rəqibimiz də son turda qalib gəlmişdi. Buna görə də maraqlı qarşılaşma gözlənilirdi. Ancaq "Bakı" bizə müqavimət göstərə bilmədi. Düzdür, rəqibimiz istəkli idi. Ancaq biz çempionluğa oynayan bir komanda kimi qələbəni daha çox istəyirdik.
- Millimizin üzvü kimi komandamızın son uğursuz çıxışları haqda nə deyə bilərsən?
- Millimizin son oyunları haqda danışmaq çətindir. İtaliya ilə oyundan bəlkə də nəsə danışa bilərik. Ancaq Xorvatiya ilə matç hamımızı kədərləndirdi. Meydanda yalnız Xorvatiya komandası var idi. Yaxşı ki, daha ağır məğlubiyyətlə üzləşmədik. Xorvatlar daha çox qol vura bilərdi. Bilinmirdi ki, komandamız nə etmək istəyir. Hesabın 6:0 olması çox şeydən xəbər verir. Ən önəmlisi odur ki, bu oyunu unuda bilək.
- Berti Foqtsun millimizdən getməsinə münasibətin necədir?
- Millimizin son məğlubiyyətindən sonra ən birinci Foqtsun istefası düşünülməli idi. Hamı kimi Foqts da dərk etdi ki, getməlidir. Özündə cəsarət tapdı və bu qərarı verdi.
- Hamı Foqtsun millimizdən daha tez getməli olduğunu düşünür. Razısan bu fikilərlə?
- Bu fikirlərdə həqiqət var. Ancaq gedənin arxasınca danışmaq düzgün deyil. Hər halda onun nə vaxt getməli olduğunu AFFA rəhbərliyi hamıdan yaxşı bilir.
- Foqts da millimizin dalınca az danışmayıb. Almaniya mətbuatına müsahibəsində komandamızın uğursuz çıxışlarını sırf futbolçularla bağlayıb. Öz səhvinin az olduğunu deyib.
- Bu, artıq məşqçinin acizliyidir. Bütün günahı futbolçuların üzərinə atmaq baş məşqçiyə yaraşmaz. Əksinə o, məsuliyyəti üzərinə götürməlidir. Gəlin açıq danışaq, son oyunlarda komandamızda futboldan başqa hər şey var idi. Heç kim bilmirdi ki, millimiz hansı taktika ilə oynayır. Buna görə də günahı yalnız futbolçularda görmək düzgün deyil. Foqtsun səhvləri daha çox idi. Əslində bu haqda çox danışmaq olar. Ancaq indi danışmaq yaxşı hal deyil.
- Foqts həmçinin bildirib ki, Azərbaycanda futbolçular futbolu yox, yalnız pulu düşünürlər.
- Foqts həmişə belə qeyri-adi açıqlamaları ilə yadda qalır. Özü üçün danışır də. Guya pulu kim fikirləşmir ki? Kim desə ki pulu fikirləşmirəm, yalan deyir. Foqts pulu fikirləşmirdisə, niyə neçə illərdir ki, Azərbaycandadır? Qoy, Foqts nə istəyir danışsın.
- Mahmud Qurbanovun müvəqqəti baş məşqçi təyinatına münasibət necə oldu?
- Hamımız istəyirik ki, komandamızı yerli məşqçi çalışdırsın. Çünki öz mütəxəssislərimiz Azərbaycan futboluna yaxşı bələddir. Mahmud Qurbanov bütün futbolçuları çox gözəl tanıyır. O, çətin bir yükün altına girib. İnanıram ki, işinin öhdəsindən layiqincə gələcək.
- Deməli, millimizin üzvləri yerli məşqçinin tərəfdarıdır?
- Gəlin, klublarımıza nəzər salaq. Əcnəbi məşqçilər hansı uğuru qazanıb? Nə uğurumuz varsa yerli məşqçilərin sayəsində olub. Milli komandanı da yerli məşqçi çalışdırmalıdır. AFFA rəhbərliyi daha yaxşısını bilər. Ancaq bizim istəyimiz budur. Öz mütəxəssislərimizə şans vermək, inanmaq lazımdır.
- Yerli məşqçilərimizdən kimin rəhbərliyi altında oynamaq istərdin?
- Yaxşı məşqçilərimiz çoxdur. Ancaq fakt budur ki, ən əsas namizəd Qurban Qurbanovdur. Doğrudan da Qurban müəllim Azərbaycanda sözünü deyib. Kim istəməz ki, onun rəhbərliyi altında oynasın? Hamıya məlumdur ki, Qurban müəllim məşqçilikdən əlavə futbolçulara qardaş kimidir. Özünüz də görürsünüz, "Qarabağ"ın legionerləri açıqlamalarında bildirir ki, Qurban müəllimin milli komandaya getməsini istəmirik. Yerli futbolçular isə onun millini çalışdırmağını istəyir. Həqiqətən də Qurban müəllimi bütün futbolçular çox sevir. Hamı bilir ki, güclü, nəticə verən məşqçidir.
Ramiq AĞAMƏMMƏDOV
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video