“Hədəflərimiz böyükdür” – Oğuz Çətin

“Hədəflərimiz böyükdür” – Oğuz Çətin
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2014 / 00:03 4630
-  A +

“Son iki həftədə xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. “Bakı” ilə oyunda yaxşı oyun sərgiləyib,üç xal qazandıq”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Bakı”ya qalib gəldikləri oyundan (4:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis bu qələbəni unudub, qarşıdakı oyun haqda düşünməli olduqlarını bildirib: “Bizim hədəflərimiz böyükdür. Qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. “Bakı”nın hədəfləri böyük olmasa da arzusu böyükdür”.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner