"Biz daha çox hücum etdik" - Əsgər Abdullayev

"Biz daha çox hücum etdik" - Əsgər Abdullayev
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2014 / 18:36 2699
-  A +

"Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə nisbətən daha çox hücum etdik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 8-ci turunda bərabərə qaldıqları AZAL-la (2:2) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının bu oyuna fərqli taktika ilə çıxdığını bildirib: "Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik. Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Janelidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq istəmirəm”.

Daha çox


Son xəbərlər