"Neftçi"nin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərilən 22 yaşlı yarımmüdafiəçi bunları deyib:
“Milli komandanın düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim. “Sumqayıt”la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyarı olaraq səhv reaksiya verdim. Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha “Neftçi” azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm”.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı