“AFFA prezidenti Rövnəq Abdullayev mənim istefama görə çox məyus oldu. Ona görə heyfslənirəm. Çünki Rövnəq Abdullayev yaxşı insandır”.
Qol.Az-ın xəbərinə görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən istefa verən Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.
O qeyd edib ki, “Avro-2016”nın hələ İtaliyaya qarşı keçirilən oyunundan (1:2) sonra millinin futbolçuları öz işlərinə peşəkar münasibət göstərməyiblər, nəticədə komanda Xorvatiyaya ağır hesabla (0:6) uduzub: “Əgər bir komanda bu qədər işdən sonra da mübarizə aparmağa hazır deyilsə, orada çalışmağı mənası yoxdur. Mən federasiyanın prezidentinə də dedim ki, daha belə şərtlərlə işləməyin mənası yoxdur”.
Foqts bildirib ki, Azərbaycan millisindəki işində uzun müddət normal şəkildə fəaliyyət göstərib: “Amma gördüm ki, bu komanda irəli gedə bilməyəcək, ona görə istefa verdim. Hər şeyi baş məşqçi etməməlidir. Günahkar həm də futbolçulardır”.
Qeyd edək ki, 67 yaşlı Foqts Azərbaycan millisindəki altı illik faəliyyətindən sonra dünən, AFFA prezidenti Rövnəq Abdullayevlə Sürix şəhərində keçirilən görüşdə istefa verdiyini açıqlayıb.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı