Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.
Turun açılış matçı Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" klubu "Neftçi"ni qəbul edib. Sumqayıt təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə yenidən birinci pilləyə yüksələcəkdi. Lakin ötən turda "Qarabağ"a 1:3 hesabı ilə uduzan "ağ-qaralar" da bu oyunda 3 xal qazanmaqla turnir cədvəlində daha da irəliləmək niyyətində idi. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Neftçi" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda isə "Qarabağ" və "Qəbələ" komandaları münasibətlərinə aydınlıq gətiriblər. Ötən turda "Neftçi"yə qalib gələn Ağdam təmsilçisi bu matçın əsas favoriti hesab olunurdu. Lakin bu mövsüm yüksək yerlər uğrunda mübarizə aparan "qırmızı qaralar" da səfərdən xal və ya xallar aparmağa çalışacaqdı. Bu görüşdə "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Premyer Liqada 8-ci tura oktyabrın 19-da keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" oyunu ilə yekun vurulacaq.
17 oktyabr (cümə)
19:30. “Qarabağ” – “Qəbələ” - 2:0
Qol: Vüqar Nadirov, 45+2 (1:0), Reynaldo, 90-pen (2:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov
“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Vidal Kunya Markus, 11. Andrei Kristea, 5. Sadiq Quliyev, 21. Yazalde de Pinto, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun
16:00. “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Ernest Nfor, 12 (0:1)
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.
“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov, 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 14. Elnur Allahverdiyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 21. Samir Məsimov, 28. Emin Mehtiyev
18 oktyabr (şənbə)
15:00. “Araz Naxçıvan” – AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu.
18:00. “İnter”- “Simurq”
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
Bakı. “İnter Arena”.
19 oktyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
Lənkəran şəhəri. “Xəzər Lənkəran” mərkəzi stadionu.
Turnir cədvəli
Bombardirlər:
Mikel Alvaro (“İnter”) - 5 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 4 qol
Baçana Sxadadze ("İnter") - 3 qol
Rəşad Eyyubov ("Simurq") - 3 qol
Cavid Hüseynov ("Qəbələ") - 3 qol
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək