"Avro-2016"nın seçmə mərhələsində millimizə 6:0 hesabı ilə qalib gələn Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç ölkəsinin mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının Azərbaycanla oyunda yüksək səviyyəli oyun nümayiş etdirdiyini bildirib:
"Əlbəttə, komandamın oyunundan və nəticədən razıyam. Komandam səviyyəsini ortaya qoydu. Azarkeşlərimiz də möhtəşəm idi. Futbolçularımın üzündən necə xoşbəxt olduqları sezilirdi. Bu böyük əhəmiyyət kəsb edir.
Üç oyunda 9 xal toplamağımız inkişafdan xəbər verir. Ancaq eyforiyaya qapılmamalıyıq. Hələ heç nə etməmişik. Qarşıda 7 çətin oyunumuz var. Rəqiblərimizdən İtaliya maksimum nəticə göstərib. Norveçin 6 xalı var və yalnız İtaliyaya uduzub. Bolqarıstan yaxşı başlasa da, uğurun ardını gətirə bilmədi. Lakin onların ikinci yer uğrunda mübarizə aparacağını düşünürəm".
Qeyd edək ki, seçmə mərhələdə keçirdiyi 3 oyunda da qələbə qazanan Xorvatiya millisi İtaliya ilə birgə turnir cədvəlinə başçılıq edir.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı