"Bakı-2015" Avropa Oyunları bu gün Almaniyanın nüfuzlu idman kanalı SPORT1 ilə beynəlxalq yayım haqqında müqavilə imzaladığını qürurla elan edir.
Qol.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, müqaviləyə görə SPORT1 kanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımçısına çevrilərək izləyicilərin gələn yay 17 gün davam edəcək yarışların pulsuz canlı yayımından zövq almasına imkan verəcək.
SPORT1 kanalı Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə əsasən canlı yayımla minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, Açılış və Bağlanış Mərasimləri də canlı yayımlanacaq.
Razılaşmada həmçinin SPORT1 kanalının birinci Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.
"Bakı-2015" Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq bildirib: "Biz böyük qürur hissi ilə SPORT1 kanalının birinci Avropa Oyunlarını yayımlayacağını və bununla milyonlarla Avropalı idman həvəskarına bu tarixi hadisəni canlı izləmə imkanı veriləcəyini diqqətinizə çatdırırıq.
"Bu müqavilənin bağlanması bütövlükdə Avropa qitəsində Oyunlara böyük marağın olmasının göstəricisidir və idman həvəskarlarına müxtəlif media platformalarından ölkələrini təmsil edən idmançıların nailiyyətlərini izləmə imkanı verir.”
SPORT1 kanalı Bakı 2015 Oyunlarının əsas yayımçısı Beynəlxalq İdman Yayımları (İSB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakı və Almaniyada yerləşən komandaların vasitəsilə həyata keçirəcəklər. Bütün bunlar izləyicilərə ən keyfiyyətli və müvafiq yayım təmin etməklə nəticələnəcək.
SPORT1 kanalının icraçı direktoru cənab Olaf Şröder bildirmişdir: "Birinci Avropa Oyunlarının yayımçısı kimi SPORT1 kanalı üç başlıca yayım ərazisində bu tarixi hadisəni təşviq etmək rolunu öz üzərinə götürür. ”
"Ancaq SPORT1 kanalında Almaniyalı idman həvəskarları Bakıda medal uğrunda mübarizə aparacaq qabaqcıl idmançılarımızın dünya səviyyəli performansını izləyə biləcəklər. ”
Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) baş direktoru cənab Maykl Vesper əlavə edib: "Bu, bizim qabaqcıl idmançılarımız, o cümlədən milyonlarla idman həvəskarı üçün əla xəbərdir və "Bakı-2015" Oyunlarını Almaniyada təşviq etməyə kömək edəcək. Biz birinci Avropa Oyunlarının Almaniyanın nüfuzlu idman kanalında pulsuz yayımlanacağından olduqca məmnunuq."
Müqaviləyə əsasən Avropa Oyunları Türkiyə, Rumıniya, Macarıstan və Belçika ilə yanaşı, Almaniya, Avstriya və İsveçrədə də yayımlanacaq.
"Bakı-2015"in Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna bildirib: "SPORT1 kanalının işə yanaşması və entuziazmı onu bu üç ərazidə mükəmməl yayım platformasına çevirir. Avropa Oyunları olduqca önəmli multi-idman hadisəsidir və biz səbirsizliklə izləyicilərin gözəl Bakı şəhərində keçiriləcək bu oyunları izləyəcəyi günü gözləyirik.”
SPORT1 kanalı Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. Təkcə 2014-cü il ərzində bu kanal Soçi 2014 Qış Olimpiya Oyunlarında keçirilən sonuncu buzüstü xokkey turnamenti də daxil olmaqla 6000 saat mühüm idman yarışlarını yayımlayacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov