Yunanıstanın paytaxtı Afinada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib.
Qol.Az-ın "AzərTAc”a istinadən verdiyi məlumata görə, Afinadakı "Akropol” muzeyində keçirilən tədbirə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Yunanıstan parlamentinin sədri, baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıb. Mərasimin aparıcısı Aleksis Kostalas "Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamlayıb, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib.
Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapıb. Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.
M.Əliyeva çıxışında deyib: "Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilib. 17 gün ərzində davam edəcək oyunlarda 6000-dən çox idmançı 20 idman növündə rəqabət aparacaq. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və "Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spirius Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm”.
Sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə edib.
Yunanıstanın mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi ki, Avropa "Bakı-2015”-i səbirsizliklə gözləyir. "Bu, bütün qitənin həyatında mühüm tədbir olacaqdır”, - deyən Angela Gerekoi qeyd edib ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək.
Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spiros Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini deyən Spiros Kapralos onu da vurğuladı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə gözləyir.
Yunanıstanın kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni dostlar, yeni tanışlıqlar üçün əla fürsət olacağını dedi, bu idman tədbirində olimpiya və qeyri-olimpiya oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları – cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim edilib.
Levandovski 150-yə çatdı
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri