AFFA ilə "Clear" arasında müqavilə imzalandı (FOTOLAR)

AFFA ilə "Clear" arasında müqavilə imzalandı (FOTOLAR)
XƏBƏR 5 Sentyabr 2014 / 18:04 4101
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun baş katibi Elxan Məmmədov çıxış edərək Azərbaycan futbol ailəsinə daha bir nüfuzlu şirkətin üzv olmasının sevindirici hal olduğunu deyib, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

Baş katib xatırladıb ki, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” şampunu Azərbaycan milli komandasının rəsmi şampunudur və müqavilənin "Avro-2016"nın seçmə mərhələsində millimizin keçirəcəyi ilk oyun ərəfəsində imzalanması barədə əvvəlcədən razılıq əldə olunub.

"Unilever" şirkətinin Mərkəzi Asiya üzrə idarəçi direktoru Ziya Domaniç futbolun Azərbaycanda çox sevilən idman növlərindən biri olduğunu və son illər inkişaf dövrünü yaşadığını söyləyib, AFFA ilə əməkdaşlıqdan məmnunluq hissi duyduqlarını qeyd edib.

Sonra əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və komandanın üzvü Ruslan Abışov millinin formasını "Unilever" şirkətinə hədiyyə edib. Öz növbəsində, Ziya Domaniç tərəfindən AFFA ilə əməkdaşlıqla bağlı plaket baş katib Elxan Məmmədova təqdim olunub.




















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər