Berti Foqts "Zalsburq" - "Qarabağ" oyununda

Berti Foqts "Zalsburq" - "Qarabağ" oyununda
GÜNDƏM 1 Avqust 2014 / 15:08 3880
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zalsburq" - "Qarabağ" matçını canlı izləyəcək.

Bu barədə Qol.Az saytına Foqtsun köməkçisi Aslan Kərimov məlumat verib.
Millimizin məşqçisi qeyd edib ki, o özü də "Qarabağ"ın səfər matçına yollanacaq: "Yəqin ki, mən özüm də Avstriyaya gedəcəm. Çünki Foqts mənə bilavasitə milli komandamızın futbolçularının oyununu izləməyi tapşırıb".

Xatırladaq ki, "Zalsburq" - "Qarabağ" matçı avqustun 6-sı Bakı vaxtı ilə 23:30-da start götürəcək.

Daha çox


Son xəbərlər