"Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşdi

"Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşdi
GÜNDƏM 29 İyul 2014 / 02:43 3012
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 8-ci km qəsəbə stadionunda baş tutacaq oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristian Balaj olacaq. Ona Sebastian Corc və Ovidiu Artene köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Katalin Sorin Popa yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" - "Çixura" oyunu iyulun 31-də, saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər