"Qvardiola heç zaman qovulmayacaq"

"Qvardiola heç zaman qovulmayacaq"
GÜNDƏM 28 İyul 2014 / 10:09 2342
-  A +

"Bavariya" klubunun prezidenti Karl Haynz Rummeniqe baş məşqçi Pep Qvardiolanın gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan Rummeniqe Qvardiolanın komandadan qovulmaq ehtimalının olmadığını bildirib:

"Qvardiola heç zaman qovulmayacaq. Bunu yaza bilərsiniz. O, ən azı 2016-cı ilin iyul ayına qədər "Bavariya"da qalacaq".

Qeyd edək ki, Qvardiolanın "Bavariya" ilə iki illik müqaviləsi var.

Daha çox


Son xəbərlər