“Atletiko” Qriezmanı transfer edir

“Atletiko” Qriezmanı transfer edir
GÜNDƏM 26 İyul 2014 / 02:35 3496
-  A +

Madridin “Atletiko” klubu daha bir transfer həyata keçirməyə yaxındır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi “Real Sosyedad”ın hücumçusu Antoine Qriezmanı heyətinə cəlb edəcək.

Klubu ilə 2016-cı ilə qədər müqaviləsi olan fransalı futbolçu ötən mövsüm daha böyük bir kluba transfer olmaq istədiyini açıqlayıb. Müqaviləsində olan bəndə əsasən Qriezman 30 milyon avro qarşılığında  sərbəst olaraq istənilən kluba transfer ola bilər. Artıq “Atıetiko”nun  futbolçu ilə hərtərəfli razılığa gəldiyi bildirilir.

Qedy edək ki, Qriezman ötən mövsüm “Real Sosyedad”ın heyətində 48 oyuna 19 qol vurub.

Daha çox


Son xəbərlər