"Qəbələ"dən növbəti transfer

"Qəbələ"dən növbəti transfer
GÜNDƏM 25 İyul 2014 / 18:21 4625
-  A +

Hollandiya toplanışını davam etdirən "Qəbələ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, nigeriyalı hücumçu Ekiqo Ehiosun ilə bir illik müqavilə imzalanıb.
 
1990-cı il iyunun 25-i Nigeriyada anadan olan Ekiqo peşəkar futbolçu karyerasına 2008-ci ildə ölkəsinin "Varri Volfs" klubunda başlayıb. 2011-ci ildə Türkiyə "Samsunspor"una transfer olunan hücumçu bir il sonra eyni ölkənin "Gənclərbirliyi" klubuna keçib. Ekiqo 2013/2014 mövsümünü icarə əsasında "Samsunspor"da keçirib.

Qeyd edək ki, Ekiqo Nigeriya yığmasının heyətində üç oyuna çıxıb və bir qola imza atıb.

Daha çox


Son xəbərlər