Zidan ilk transferini etdi

Zidan ilk transferini etdi
GÜNDƏM 24 İyul 2014 / 11:00 4775
-  A +

Madrid "Real"ının ikinci komandası "Kastilya"nı çalışdıran Zinəddin Zidan ilk transferini edib.

Qol.Az-ın İspaniya məbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssisin istəyi ilə ötən mövsüm AİK-də (Stokholm) oynayan Ero Markkaninlə müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı hücumçu Finlandiya millisində bir matçda iştirak edib.

Xatırladaq ki, Z.Zidan bu ilin iyununda "Kastilya"ya baş məşqçi təyin olunub.

 

Daha çox


Son xəbərlər