Rövnəq Abdullayev: "Bu, "Qarabağ"a hörmətsizlikdir"

Rövnəq Abdullayev: "Bu, "Qarabağ"a hörmətsizlikdir"
GÜNDƏM 22 İyul 2014 / 23:57 7326
-  A +

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Malta "Valletta"sı ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın "Sportnet.az"a istinadən verdiyi məlumata görə, Abdullayev əvvəlcə 4:0 hesablı qələbə münasibətilə Ağdam komandasını və onun rəhbərliyini, habelə Azərbaycan xalqını təbrik edib.
 
Bununla yanaşı, o, azarkeşlərdən narazı qaldığını bildirib: "Oyun başa çatmamış - 87-ci dəqiqədə azarkeşlər meydanı tərk etdilər. Onların hərəkətindən narazı qaldım. Axı necə ola bilər ki, komandan böyük hesabla qalib gəldiyi oyun başa çatmamış meydanı tərk edəsən? Bu, "Qarabağ"a qarşı hörmətsizlikdir".

Qeyd edək ki, "Vallettan"nı 4:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq. 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə