Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah evdə Sloveniyanın "Koper" klubu ilə qarşılaşacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran B.Hacıyev rəqibin güclü komanda olduğunu bildirib:
- Rəqibimiz güclü komandadır. Standart vəziyyətlərdən təhlükə yaradırlar. Onların birinci təsnifat mərhələsində "Çelik"ə 9 qol vurmaqları hər şeydən xəbər verir. Ancaq bu o demək deyil ki, rəqib bizi üstələyəcək. Ötən mövsüm rəqibə fərqli yanaşdıq və bizi cəzalandırdılar. Biz "Skenderbeu" məğlubiyyətini unutmamışıq.
- Ötən mövsüm komanda yaradılan qol imkanlarından istifadə edə bilmirdi. "Neftçi"də bu dəfə vəziyyət necədir?
- Julius Vobay yenidən "Neftçi"yə qayıdıb. Bir qədər fərqli olacaq. Sabah bizdən fərqli bir oyun dəsti-xətti görəcəksiniz. Ön xətdə Flavinyo və Vobaya ümid edirik. Hər ikisinin vuran ayağı var. Məncə, ötənilki problem artıq qalmayıb. Zədəli futbolçumuz da yoxdur. Yalnız Denis Silva oynaya bilməyəcək.
- "Koper"i necə məğlub etmək olar?
- Uğur iddiadan irəli gəlir. Unutmayın ki, heç bir transfer etməmişik. Sabah oyundan sonra bir də bu söhbətə qayıdarıq. Hər şeyi futbolçunun üzərinə atmaq olmaz. Əsas odur ki, komandanı düzgün qurasan. Məşqçinin işindən çox şey asılıdır. "Koper" bütün klublarımızın rəqiblərindən ən güclüsüdür. Ancaq bizi heç nə qorxutmur. Bizdə bu gün Elşənlər, Samirlər, Elvinlər oynayır. Artıq Flavinyoya da Azərbaycan vətəndaşlığı verilməlidir. Bu gün gənc futbolçularımıza güvənməsək, Azərbaycan futbolu necə inkişaf edəcək? Uğursuzluq fonunda məsuliyyət kimin üzərinə düşəcək? Əlbəttə ki, mənim. Deməli komandanı düzgün hazırlamamışam. Çalışacağıq ki, siz yazarların qarşısında üzüqara olmayaq.
- "Neftçi"də gənc potensialı olan futbolçular var. Həmin oyunçuların yetişməsində sizdən başqa legionerlərin də rolu varmı?
- Əlbəttə, bu gün Flavinyo, Kardoso, Ramos özü bir məktəbdir. Ancaq məşqçin üzərinə bu sarıdan böyük iş düşür.
- "Neftçi"nin heyətində kifayət qədər braziliyalı futbolçu var. "DÇ-2014"də Braziliyanın uğursuzluğundan sonra həmin futbolçularda fədəkarlıq azala bilər. Bu, sabahkı oyuna təsir edəcək?
- Braziliya Almaniyaya 1:7 uduzanda mən havalandım. Braziliyalı futbolçularımız hönkürtü ilə ağlayırdılar. Həmin futbolçularda böyük vətənpərvərlik hissi gördüm. Başa düşdüm ki, vətənlərini necə sevirlər. Onlarda bu gün Avropaya qarşı bir qədər kin var.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı