"Valletta"nın baş məşqçisi: "Qarabağ"a asan təslim olmayacağıq"

"Valletta"nın baş məşqçisi: "Qarabağ"a asan təslim olmayacağıq"
ÖLKƏ FUTBOLU 15 İyul 2014 / 14:50 2595
-  A +

"Əsas məqsədimiz növbəti mərhələ şanslarımızı saxlamaqdır. Keyfiyyətli futbolçularımız var və 90 dəqiqə ərzində diqqətli oynasaq, "Qarabağ"a problemlə yarada bilərik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Valletta" klubunun baş məşqçisi Qilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində bu axşam qarşılaşacaqları "Qarabağ"la oyunöncəsi keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Bu oyuna yaxşı şəkildə hazırlaşmışıq. Komandalar arasında böyük fərq var. Ancaq biz asan təslim olmaq fikrində deyilik. "Qarabağ" ötən mövsüm "pley-off"a qədər irəliləməklə güclü komanda olduğunu nümayiş etdirib. Rəqibin üç güclü braziliyalı yarımmüdafiəçisi var. Cinah müdafiəçiləri həm irəlidə, həm də arxa xətdə sürətli oyunu ilə seçilir. Etiraf edim ki, oyunu daha çox müdafiədə keçirəcəyik və əks hücumlara bel bağlayacağıq".

Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır