"İnter" "Elfsborq"a qarşı belə oynamamalıdır"

"İnter" "Elfsborq"a qarşı belə oynamamalıdır"
ÖLKƏ FUTBOLU 11 İyul 2014 / 13:57 3154
-  A +

"Oyuna yaxşı basladıq. İlk dəqiqədən hücum atıldıq. Ancaq erkən qol buraxdıq. Bundan sonra bir qədər oyuna nəzarəti itirdik. Ancaq ikinci hissədə özümüzə gəldik və lazım olan nəticəni qazandıq. Mərhələni keçəcəyimizə inanırdıq".

Qol.Az saytına açıqlamasında bu sözləri "İnter"in futbolçusu Mirzağa Hüseynpur Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Tiraspol" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra deyib.

Komandasının üçüncü qolunun müəllifi olan gənc yarımmüdafiəçi xüsusi sevincinin səbəbini açıqlayıb: " Məni futbola atam gətirib. Vurduğum bütün qolları valideyinlərimə həsr edirəm. Bu gün də qol vurmağı və onları sevindirməyi çox arzulayırdım. Buna görə də qol vuranda hisslərimi cilovlaya bilmədim. Həm də axı Avroliqada ilk qolumu vurdum".

M.Hüseynpur növbəti mərhələdə qarşılaşacaqları İsveçin "Elfsborq" klubunu da dəyərləndirib: "Bilirik ki, növbəti rəqibimiz daha güclü komandadır. Onlara qarşı belə oynamamalıyıq. Daha da artırmalıyıq. Çünki "Elfsborq" Avroliqa təcrübəsi olan komandadır. Artıq "Tiraspol" üzərində qələbəni unutmalıyıq. İlk oyunu səfərdə keçirəcəyik. İnanıram ki, orada da ümidləri doğruldacağıq". 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq