"Şiroki Briyeq" ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı"

"Şiroki Briyeq" ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı"
ÖLKƏ FUTBOLU 11 İyul 2014 / 05:02 4333
-  A +

"İlk növbədə rəqibimizi təbrik edirəm. İki oyunun nəticəsinə görə "Şiroki Briyeq" ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Darinel Muntyanu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şiroki Briyeq" klubu ilə keçirilən matçdan (0:3) sonra deyib.
Klubun rəsmi saytına danışan rumıniyalı mütəxəssis oyunla bağlı bunları bildirib: "Buraya bir məqsədlə gəlmişdik: nəticəni öz xeyrimizə dəyişmək üçün. Lakin əfsuslar olsun ki, ilk hissədə buraxdığımız səhvlər iki qolla nəticələndi.

Bizim də dörd əlverişli qol epizodumuz oldu. Lakin bunlardan istifadə edə bilmədik. Başqa xüsusi qeyd olunacaq bir şey yoxdur. Bir daha rəqibi növbəti mərhələyə çıxdıqlarına görə təbrik edirəm".

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu