"Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin Rusiyanın "Sport-express" qəzetinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis cari mövsüm ölkəmizdəki işini və "Qəbələ"nin çıxışını dəyərləndirib.
- Azərbaycan kubokunun finalında "Neftçi"yə uduzduğunuz üçün çox məyus olmuşdunuz?
- Əlbəttə, qələbə qazanmadıqda məyus olursan. Xüsusilə biz bu oyunda məğlub olmalı deyildik. Ancaq finalda hər zaman bir qalib olur. Bundan da "Neftçi" faydalandı.
- "Qəbələ"dəki işiniz sizə nə verdi?
- Çox şey. Mən heç bir titul uğrunda mübarizə aparmayan və bir dönəm çalışdırdığım "Dinamo" (Kiyev), "Lokomotiv" klublarında çıxış edən futbolçulara sahib olmayan komandaya gəlmişdim. "Qəbələ"dəki işim maraqlı idi.
- Rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifə yerinə yetirildimi?
- Yerinə yetirilmədi, hətta daha artığı həyata keçdi. "Qəbələ" ilk dəfə Avrokuboklara vəsiqə qazandı, çempionatın bürünc medallarına sahib çıxdı və kubokun finalına yüksəldi. Lakin ən azı bir kubok qazanmadığımız üçün müəyyən narazılıq var idi.
- Siz ölkə xaricində çalışan azsaylı rusiyalı mütəxəssislərdən birisiniz. Yeni Zellandiya, Ukrayna və Azərbaycan...Xaricdə işləyən və ya bunu planlaşdıran həmkarlarınıza nə məsləhət görürsünüz?
- Əsas məsələ, getdiyin ölkəyə hörmətlə yanaşmalısan. Həmin ölkənin milli ənənələrinə və kluba hörmət etməlisən. Belədə işin asanlaşır və yüksəlişə nail ola bilərsən. Mənim Birləşmiş Ərəb Əmirliklərində işləmək imkanım var idi. Lakin keçmiş SSRİ ölkəsində çalışmaq mənə daha maraqlı gəldi. Azərbaycanda insanlar rusca danışırlar, onlarla qarşılıqlı münasibətlərim var idi.
- Daha öncə "Lokomotiv" və "Dinamo" (Kiyev) klubları ilə Avrokuboklara vəsiqə qazanmışdınız. Bu dəfə "Qəbələ" ilə eyni uğuru təkrarladınız. Sizin Avrokuboklara vəsiqə qazanmaq üzrə xüsusi tərtib olunmuş planınız var?
- Bu il çox çətin alındı. Biz liderlər qrupunda qərarlaşan "Qarabağ", "Neftçi" və "İnter"ə yaxınlaşa bilmirdik. Bunun bir neçə səbəbi var idi. "Qəbələ" kiçik şəhərin yeni komandasıdır. Ancaq onların futbolu sevən və onu inkişaf etdirməyə hazır olan rəhbərliyi var. Orada çoxlu stadionlar, möhtəşəm baza və əla futbol məktəbləri inşa olunur. Hələ ki, onlar heç nə vermir, amma gələcəkdə komandanın bunun bəhrəsini görəcəyinə əminəm. Üstəlik mənim gəlişimlə komandanın heyətinin 90 faizi dəyişdi və onlarla ümumi dil tapmaq asan deyildi. Düşünürəm ki, mövsümün sonunda bir-birimizi yaxşı anladıq.
- Kubokun final görüşündən sonra klubun prezidenti Tale Heydərov paltardəyişmə otağına gəldi. O, nəticədən razı qaldı?
- Klub prezidenti əldə olunan nəticələrə görə biz təşəkkür etdi. İlk növbədə final matçı onun xoşuna gəlmişdi. Bundan əlavə ilk dəfə idi ki, stadiona bu qədər azarkeş toplanmışdı və ümumiyyətlə final oyunu yaxşı təşkil olunmuşdu. Düşünürəm ki, məğlubiyyətə baxmayaraq "Qəbələ" həmin gün ən yaxşı oyunlarından birini keçirdi.
- Klubun gələcəyini necə görürsünüz?
- "Qəbələ"nin perspektivləri əladır. Burada yaxşı nəticə əldə etmək üçün öncədən müəyyən addımların atılmalı olduğunu başa düşürlər. "Qəbələ"nin yaxşı gələcəyi var.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə