Qara Qarayev: "Millinin daimi üzvü olmağa çalışıram"

Qara Qarayev: "Millinin daimi üzvü olmağa çalışıram"
GÜNDƏM 27 May 2014 / 16:33 2205
-  A +

"Mövsümün başa çatdığını demək tezdir. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq. Hazırda millinin heyətində təlim-məşq toplanışındayıq. Bütün futbolçuların əhval-ruhiyyəsi yaxşıdır".
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın futbolçusu Qara Qarayev sabah ABŞ yığması ilə keçiriləcək yoldaşlıq oyunu haqda danışarkın deyib.

Rəqib haqda da danışan gənc yarımmüdafiəçi yoldaşlıq oyunu olmasına baxmayaraq hər iki komanda üçün qələbənin vacib olduğunu vurğulayıb: "ABŞ yığması ilə görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq. Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, DÇ öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar".

Q.Qarayev hələlik milli komandanın daimi üzvü olmadığını xatırladıb: "Artıq bir neçə toplanışdır milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, millinin daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram".

Daha çox


Son xəbərlər