"Qəbələ" aparıcı futbolçularından olan Luis Hilario Dodo ilə müqaviləni yeniləyib.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yeni razılaşmaya əsasən braziliyalı futbolçu daha iki il "qırmızı-qara" formanı geyinəcək.
Yeni müqavilədən sonra klubun saytına fikirlərini bildirən Dodo "Qəbələ"də oynamağına heç zaman peşman olmadığını deyib:
"Mən dəfələrlə bunu açıqlamışam: "Qəbələ"nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm. Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə nail olduq. Tariximizdə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik. İstəyirəm ilk addımlarımız uğurlu olsun".
Xatırladaq ki, Dodo 2011-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyur. Yarımmüdafiəçi komandasının heyətində ən çox oyun keçirən futbolçudur. O, 107 dəfə "Qəbələ"nin uğuru üçün meydançaya çıxıb.
Qeyd edək ki, bundan əvvəl Dodonun özü açıqlamasında "Qəbələ"dən ayrıldığını demişdi. Ancaq rəhbərlik oyunçunu klubda qalmağa razı salaraq onunla müqaviləni yeniləyib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər