"Futbolçular Kanada yığması ilə tanış deyildilər. Lakin mən rəqibi onlara təqdim etdim. Müdafiədə və hücumda oyunçularıma yeni taktiki gedişlər öyrədirəm. Oyuna qədər tam hazır olmalıyıq. Çünki bu "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağımız Azərbaycanla oyunöncəsi son sınaq matçımız ola bilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev ölkəsinin mətbuatına açıqlamasında deyib.
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Bolqarıstan yığmasının çalışdırıcısı komandasındakı problemlərdən danışıb: "Futbolçularda hər şey qaydasındadır. Lakin bir məsələ var ki, onlardan bəziləri mövsümboyu az, bəziləri isə çox oyun keçiriblər. Bu, bizə müəyyən problem yarada bilər. Lakin hər kəs layiq olduğu mövqedə oynayacaq.
Çempionat oyunlarında izlədiyim 22 futbolçudan 15-i legionerdir. Mən onların ölkəmizdə oynamasının əleyhinə deyiləm. Sadəcə, əcnəbi futbolçular bizimkilərdən ikibaş üstün olmalıdırlar. Yığmada ciddi rəqabətin olması vacibdir. Kanada ilə matça ciddi yanaşmayanlar gələcək oyunlarda milliyə çağırılmayacaqlar".
Qeyd edək ki, Bolqarıstan yığması "Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində sentyabrın 9-da Bakıda millimizin qonağı olacaq.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər