Sabah Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyunöncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, B.Hacıyev finalda qələbə qazanmağa çalışacaqlarını bildirib:
"Sabah komanda bayram yaşatmağa çalışacaq. "Qəbələ"ni təcrübəli mütəxəssis Yuri Syomin çalışdırır. Lakin onlar rəqiblərinin "Neftçi" olduğunu unutmasınlar. Azərbaycanda iki titul tanıyıram: ölkə çempionluğu və kuboku. Digərləri önəmli idi. Ona görə sabah kuboku qazanmağa çalışacağıq".
56 yaşlı mütəxəssis özünü Azərbaycan futbolunun ensiklopediyası adlandırıb: "Neftçi" ardıcıl 3-cü dəfə Azərbaycan kubokunun finalında oynayır. O məşqçi məni müzakirə edə bilər ki, göstərdiyi nəticələri məndən yüksək olsun. Təəssüf ki, azərbaycanlı məşqçilər bir-birini sevmir.
Nazim Süleymanov futbolçu kimi yaxşı olsa da, məşqçi kimi uğur qazanmayıb. Şahin Diniyevə gəlincə, millidə çalışdığı dönəmdə onun haqqında heç nə söyləməmişəm. Çünki o, yerli mütəxəssis idi. Ancaq gərək deyəydim. Mən Azərbaycan futbolunun ensiklopediyasıyam. Mənə toxunmasınlar, yoxsa, açaram sandığı, tökərəm pambığı. Şahin Diniyevin oğlu - Kərim "Neftçi"də oynaya bilmədi. Ancaq bunda günahkar mən deyiləm".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək