Messi və Ronaldo Türkiyəyə başsağlığı verdi

Messi və Ronaldo Türkiyəyə başsağlığı verdi
GÜNDƏM 16 May 2014 / 02:20 3333
-  A +

Türkiyədə baş verən mədən faciəsi dünya futbol ictimaiyyətinin diqqətindədir.

Qol.Az-ın məlumatına görə, Kriştiano Ronaldo və Lionel Messi kimi ulduz futbolçular da Somada baş verən dəhşətli faciəyə biganə qalmayıblar. Onlar sosial şəbəkə vasitəsi ilə Türkiyəyə başsağlığı veriblər.

Messi: "Manisada baş verən mədən qəzasında həlak olan insanların ailələrinə, bütün Türkiyəyə başsağlığı verirəm".
 
Ronaldo: "Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır. Hələ də yerin altındaq qalan işçilərin sağ qalması üçün dua edirəm..."

 

Daha çox


Son xəbərlər