AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Neftçi" ilə bərabərə qaldıqların oyundan (0:0) sonra fikirlərini bildirib
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, futbolçularına verilən hər iki qırmızı vərəqənin düzgün olduğunu deyib:
“Dörd heç-heçədən sonra qələbə qazanmaq istəyirdik. İddiamız yoxdur, öz imicimiz üçün oynayırıq. Qələbə qazanmaq istəyirdik, ilk hissədə çox istəkli oynadıq. Hakimlik barəsində heç nə deməyəcəm. Hər iki qırmızı dəqiq idi. Mən də qırmızı almışam, amma baxır nəyə görə. Murad Ağayev rəqib cərimə meydançasında, qapımıza təhlükə olmayan zamanda qayda pozuntusuna yol verdi. Qol vura bilmirik, bu,məni düşündürür.Yaradılan epizodlardan heç olmazsa, birində fərqlənmək lazımdır. “Neftçi” bu gün yüksək səviyyədə oynadı. Bundan əvvəlki matçlarda da da bu cür oynasaydı, çempionatda xal itkisinə yol verməzdi”.
Komandada zədəli və cəzalı duruma düşən futbolçuların çoxluğundan şikayətlənən T.Əhmədov növbəti qarşılaşmada hansı heyətlə meydana çıxacaqlarını bilmədiyini söyləyib:
"Komandada üç gənc futbolçudan biri mövsümü bitirib, ikisi isə cəzalı duruma düşdü. Növbəti turda hansı heyətlə meydana çıxacağımı bilmirəm. Əvəzedici heyətdə istədiyim səviyyədə futbolçu yoxdur. Hərdən yerli futbolçuları çox qınayırıq, amma bu il gələn legionerlərin də səviyyəsi yüksək deyil".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”