"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qarabağ"a məğlub olduqları oyunu (1:4) şərh edib.
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, Ağdam təmsilçisini çempion olması münasibəti ilə təbrik edib:
"Mövsümü yaxşı keçirdilər, çempionluğa layiq idilər. Çoxlu qol epizodları oldu. Hesab 2:1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici oldu. Hakimlik bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi dörd dəfə məğlub edib. Bizim yeddi oyunluq qələbə seriyamız var idi. Obyektiv olmaq lazımdır.
K.Sxadadze bildirib ki, mövsümü ikinci pillədə başa vurmağa çalışacaqlar:
"Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk altı turdan sonra bizi ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq".
Gürcü mütəxəssis "İnter"də qalıb-qalmayacağı ilə bağlı qərarını hələ vermədiyini söyləyib:
"Artıq beş mövsümdür ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də, düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”