Azərbaycanın iki idmançısı Avropa çempionu oldu (VİDEO)

Azərbaycanın iki idmançısı Avropa çempionu oldu (VİDEO)
VİDEO 24 Sentyabr 2013 / 16:41 2163
-  A +

Estoniyanın paytaxtı Tallində ağır atletika üzrə gənclər arasında keçirilən Avropa çempionatı davam edir.
 
Qol.Az-ın "Day.az"a istinadən verdiyi məlumata görə, artıq Azərbaycanın iki təmsilçisi qızıl medal qazanıb.

Dünən idmançımız Yuri Dudoqlo (62 kq) iki cəhddə 286 kq (130+156) çəkinin öhdəsindən gəlməklə ölkəmizə ilk qızıl medalı qazandırıb.

Bu gün isə Elxan Əliquluzadə (69 kq) Dudoqlonun uğurunu təkrarlayıb. 20 yaşlı təmsilçimiz 309 kq nəticə ilə (135-174) bütün rəqiblərini qabaqlayaraq fəxri mükafata sahib çıxıb.



Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə